00:04 03-01-2021
news_image
895
AVRO-2020

Vircil van Deyk AVRO-2020-nin ilk oyununda meydana çıxa bilər – baş məşqçi açıqladı

Niderland millisinin və İngiltərə “Liverpul”unun futbolçusu Vircil van Deykin AVRO-2020-də iştirakı ehtimalına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “narıncılar”ın baş məşqçisi Frank de Bur ötən ilin oktyabrında zədələnən mərkəz müdafiəçisinin durumunu izlədiyini açıqlayıb.

Təcrübəli mütəxəssis müdafiəçini yayda keçiriləcək qitə çempionatının ilk matçında meydanda olacağına ümidini gizlətməyib: “Əgər Vircilin durumunda ağırlaşma olmasa, həmçinin bərpa prosesi bir az sürətli sürsə, yığmanın AVRO-2020-dəki ilk qarşılaşmasında oynaya bilər”.

Qeyd edək ki, Niderland millisi koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə təxirə salınan AVRO-2020-də ilk oyununu iyunun 13-də Ukraynaya qarşı keçirəcək.