12:26 03-01-2021
news_image
275
FUTBOL

Bütün dövrlərin ən yaxşı qapıçısı - Buffon

Bütün dövrlərin ən yaxşı qapıçısı ilə bağlı daha bir sorğu keçirilib.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “La Gazzetta dello Sport” nəşrinin 18 müxtəlif ölkənin qolkiperi ilə apardığı sorğunun qalibi Canluici Buffon olub.

Hazırda “Yuventus”un formasını geyinən İtaliya millisinin sabiq üzvü 7 səslə birinci olub. 1960-cı ildə SSRİ yığması ilə Avropa çempionu olan Lev Yaşin 5 səslə ikinci yeri tutub. İlk “üçlüy”ü 2 səslə digər italyan Dino Zoff qapayıb. Sorğuda iştirak edənlər arasında Manuel Noyer, Julio Sezar, Peter Şmeyxel kimi qapıçılar da olub.

Qeyd edək ki, Canluici Buffon 2006-cı ildə dünya çempionu olub.