13:04 03-01-2021
news_image
1061
FUTBOL

“O, millidə və klubunda stabil çıxış edir” - Ruslan Abışovun seçimi

“Son bir neçə ildə olduğu kimi, 2020-ci il də "Qarabağ"ın futbolçuları üçün yaxşı keçdi”.

Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Sabah” klubunun kapitanı Ruslan Abışov deyib.

Təcrübəli müdafiəçi “Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevi fərqləndirib: “Məncə, bir neçə futbolçu “ən yaxşı” adına layiq idi. Lakin mənim seçimim Qara Qarayevdir. Qara millidə və klubunda stabil çıxış edir. Fikrimcə, ötən il də ən yaxşı mövsümlərindən birini keçirdi. Buna görə də, mənim seçimim məhz Qara Qarayevdir”.

Qeyd edək ki, buna qədər “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev, futbol veteranı Tərlan Əhmədov və “Sabah” klubunun məşqçisi Rövşən Babayev də ilin ən yaxşı futbolçusu kimi Qara Qarayevi seçib.