13:22 03-01-2021
news_image
225
FUTBOL

Prezidentdən hökumətə təklif – azarkeşlər oyunlara buraxılsın

İtaliya A seriyasının prezidenti Paolo dal Pino oyunlara azarkeşlərin buraxılmasının tərəfdarıdır.

Apasport.az saytının məlumatına görə, qurum rəhbəri bununla bağlı hökumətə təklif göndərib.

O, azarkeşlərin peyvənd olunaraq tribunalara buraxılmasını istəyib: “Düşünürəm ki, yalnız peyvənd olunmuş azarkeşlərin stadiona buraxılması zamanı gələcək. İnsanları tribunalara necə qaytarmaq barədə 300 səhifəlik plan təqdim etdik. Ancaq hələlik bir cavab almamışıq. Ümid edirəm ki, heç olmasa peyvənd olunanlara icazə veriləcək”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən İtaliya A seriyasının matçları boş tribunalar önündə keçirilir.