13:45 03-01-2021
news_image
235
FUTBOL

Qərarını dəyişir – Di Mariya

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Anxel Di Mariya komandasını dəyişməklə bağlı qərarını dəyişməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssisin bu fikrə düşməsində baş məşqçi dəyişikliyi böyük rol oynayıb.

Ulduz futbolçu baş məşqçi təyin edilən həmyerlisi Maurisio Poçettinonun rəhbərliyi altında çıxış etməyə hazırdır. Ancaq bunun üçün şərti var. Yarımmüdafiəçi start heyətində çıxış edəcəyi ilə bağlı zəmanət verilərsə, yeni müqavilə imzalamağı düşünəcəyini açıqlayıb.

Qeyd edək ki, Anxel Di Mariyanın PSJ ilə müqavilə müddətin mövsümün sonuna qədərdir.