14:11 03-01-2021
news_image
343
FUTBOL

Güclülərin qənimi – “Real”

İspaniya La Liqasının XVII turunda “Selta” ilə qarşılaşan “Real” 2:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “kral klubu” turnir cədvəlinin ilk 9 pilləsində qərarlaşan komandalara bu mövsüm uduzmayıb.

“Real” ilk “9-luq”dakı klublarla 8 görüşdən ümumilikdə 24 mümkün xalın 20-ni qazanıb. Zinəddin Zidanın yetirmələri “Atletiko” (2:0), “Sevilya” (1:0), “Barselona” (3:1), “Qranada” (2:0), “Selta” (2:0) və “Betis”i (3:2) məğlub edib, “Real Sosyedad” (0:0) və “Vilyarreal”la (1:1) bərabərə qalıb.

Qeyd edək ki, La Liqada 17 matçda 36 xal toplayan “Real” turnir cədvəlinə başçılıq edir.