14:44 03-01-2021
news_image
335
FUTBOL

3 illik müqavilə təklifi - Dibalaya

İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə yeni müqavilə bağlamaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi argentinalı forvardla danışıqları davam etdirir.

Bir müddət əvvəl tərəflər ortaq məxrəcə gəlmədiyindən, danışıqlar dondurulmuşdu. “Qoca sinyora” artıq Dibalaya illik 10 milyon avro maaş olmaqla 2025-ci ilin yayına qədər saziş təklif edib. Bonuslar da nəzərə alınmaqla məbləğ 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. O, cari mövsüm A seriyasında keçirdiyi 8 oyunda 1 qol vurub.