15:19 03-01-2021
news_image
305
FUTBOL

Messidən xahişi olacaq – prezidentliyə namizədin

“Barselona”da prezidentliyə namizəd Emili Russo komandanın kapitanı Lionel Messi ilə bağlı planlarından danışıb.

Apasport.az saytının məlumatına görə, Russo argentinalını saxlamaq niyyətində olduqlarını gizlətməyib.

Ancaq o, 33 yaşlı superulduzdan fədakarlıq tələb olunacağını da etiraf edib: “Leonun qalması məsələsində açıq üstünlüyümüz var. Bu, onu “Barselona”ya gətirən Mingelladır. Messinin gözlərinin içinə baxıb deyəcəyəm ki, maaşınız çoxdur, klub ödəyə bilmir. O, mövsümün əvvəlində buranı maliyyə məsələsinə yox, idman layihəsinə görə tərk etmək istəyirdi”.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də olacaq.