23:26 03-01-2021
news_image
451
FUTBOL

Baş məşqçisini istefaya göndərdi – qələbədən sonra

İspaniyanın “Atletik” klubu baş məşqçisi Qaiska Qaritanonu istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, bunu Bilbao təmsilçisi rəsmi saytı vasitəsilə bəyan edib.

“Atletik” La Liqanın XVII turunda bu gün “Elçe” üzərində 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, qarşılaşmadan sonra Qaritanonun postundan ayrıldığı açıqlanıb. 46 yaşlı çalışdırıcı 2018-ci ilin dekabrından əsas komandaya rəhbərlik edib.

Qeyd edək ki, “Atletik” hazırda 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.