00:04 04-01-2021
news_image
335
FUTBOL

Lempardı göndərəcək – “Çelsi”

İngiltərənin “Çelsi” klubu baş məşqçisini dəyişməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın son vaxtlar uğursuz çıxış etməsidir.

Premyer Liqanın XVII turu çərçivəsində bu gün öz meydanında “Mançester Siti”yə məğlub olan (1:3) “zadəganlar” son yeddi matçın 4-də uduzub. Klub rəhbərliyi artıq baş məşqçi Frenk Lempardın istefası məsələsi və alternativ variantlar barədə araşdırma aparmağa başlayıb.

Gənc mütəxəssisin bəzi futbolçularla münasibətlərinin gərgin olması vəziyyəti daha da ağırlaşdırır. İddiaya görə, rəhbərlik onu mövsümün sonuna qədər postunda saxlamağı, daha sonra isə yeni çalışdırıcı ilə anlaşmağı planlaşdırır.