00:19 04-01-2021
news_image
281
FUTBOL

“Liverpul”la oyunu buraxacaq – koronavirusa görə

İngiltərə Premyer Liqasının daha bir təmsilçisində koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, “Sauthempton”un bir oyunçusunun virusa yoluxduğu açıqlanıb.

Komandanın baş məşqçisi Ralf Hazenhyuttl əsas qapıçıları Aleks Makkartinin testinin pozitiv nəticələndiyini etiraf edib. Bu səbəbdən qolkiper Premyer Liqanın XVII turunda “Liverpul”la bu gün keçiriləcək matçı buraxacaq. Makkarti artıq özünü təcrid edib.

Qeyd edək ki, “Sauthempton” – “Liverpul” matçı saat 00:00-da start götürəcək.