00:26 04-01-2021
news_image
672
FUTBOL

La Liqada 500-cü oyunu - Messinin

“Barselona” İspaniya La Liqasının XVII turunda “Ueska”nın qonağı olub.

Apasport.az saytının məlumatına görə, hazırda ilk hissəsi gedən görüş qonaqların kapitanı Lionel Messi üçün əlamətdar olub.

Start heyətində meydana daxil olan argentinalı superulduz La Liqada 500-cü matçına çıxıb. Geridə qalan 499 görüşdə 451 qol vuran Leo 197 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə müqavilə müddəti bu ilin yayına qədərdir.