01:02 04-01-2021
news_image
282
FUTBOL

Yeni baş məşqçisi bilindi – La Liqa klubunun

İspaniyanın “Atletik” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, Bilbao təmsilçisi Marselino Qarsiya Toralı bu posta gətirəcək.

Bu gün La Liqanın XVII turunda “Elçe” üzərində 1:0 hesablı qələbədən sonra rəhbərlik Qaiska Qaritanonu istefaya göndərdiyini açıqlayıb. Onun əvəzinə isə 55 yaşlı Marselino baş məşqçi təyin olunacaq. Tərəflər arasında danışıqlar artıq müsbət yekunlaşıb.

Qeyd edək ki, Marselino Qarsiya Toral son olaraq 2017-2019-cu illərdə “Valensiya”nı çalışdırıb.