14:20 04-01-2021
news_image
743
FUTBOL

Yunis Hüseynovun komandasına mərakeşli göndərir - Bəşir Müqədi

Qış fasiləsi yaranmamış üç əcnəbi futbolçusu ilə yollarını ayıran “Keşlə” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Şerif”dən Anatole Abanqı heyətinə cəlb edən paytaxt təmsilçisi daha iki əcnəbi ilə maraqlanır.

Bakılıların istədiyi hər iki futbolçu Mərakeşdəndir. Bunlar “Mouludia” klubunun sağ cinah müdafiəçisi Hamza Semmumi və “Rabat” klubunun vingeri Reda Slimdir. “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov “Karvan”ın sabiq futbolçusu Bəşir Müqədinin vasitəsilə adıçəkilən oyunçuları gətirməyə çalışır.

19 yaşlı Slimlə müqayisədə 28 yaşlı Semmuminin gəlişi real görünmür. Çünki Mərakeşin U-23 yığmasının sabiq futbolçusu “Mouludia”ya oktyabrda keçib və 2022-ci ilin yayına qədər müqavilə imzalayıb. İstənilən halda, müdafiənin sağ cinahını gücləndirmək istəyən Yunis Hüseynov alternativ variantları da nəzərdən keçirir.

Qeyd edək ki, “Keşlə” hələlik Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşlə yollarını ayırıb.