14:26 04-01-2021
news_image
76
FUTBOL

“Kayserispor”da növbəti istefa – Aybaba postunu tərk etdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Kayserispor”un çalışdırıcısı Samet Aybaba istefa verib.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Cəmi 8 çempionat matçında Kayseri təmsilçisinə rəhbərlik edən Aybaba 4 heç-heçə və 4 məğlubiyyətə şahidlik edib.

Bu, mütəxəssisin son iki ildə “Kayserispor”dan ikinci ayrılığıdır. Ümumiyyətlə, klub bu müddətdə 7-ci dəfə baş məşqçisini dəyişir.