21:44 04-01-2021
news_image
62
FUTBOL

Vəfat etdi - “Liverpul”un himninin ifaçısı

İngiltərənin “Liverpul” klubunun himninin ifaçısı Cerri Marsden vəfat edib.

Apasport.az saytının məlumatına görə, "Gerry and the Pacemakers" qrupunun lideri 78 yaşında, koronavirusla bağlı olmayan qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişib.

Onun ölümünü Premyer Liqa təmsilçisinin rəsmi tvitter səhifəsi açıqlayıb: “Cerrinin səsi bizim ən böyük oyunlarımızı müşayiət edirdi. Onun himni oyunçuları, məşqçilər korpusu və bütün dünyadakı azarkeşlərimizi birləşdirir, əsl özəl bir şey yaratmağa kömək olurdu. Sən heç vaxt tək qalmayacaqsan”.

Qeyd edək ki, "You"ll Never Walk Alone" himninin Marsdenin ifasındakı versiyası “Liverpul”un hər ev oyununda səslənir.