
00:32
Türkiyə millisinin futbolçusu Merih Demiral İtaliyanın “Yuventus” klubunu tərk etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, komandadakı durumundan narazı olan 22 yaşlı müdafiəçi daha çox oyun praktikası qazanmaq istəyir.
Lakin A seriyası təmsilçisi futbolçunu buraxmaqda maraqlı deyil. Turinlilər Demiralın xidmətindən gələcəkdə də yararlanmaq fikrindədir.
2019-cu ildə “Alanyaspor”dan “Yuventus”a keçən Merih Portuqaliyada “Sportinq” və İtaliyada “Sassuolo”da da çıxış edib. O, 2018-ci ildən millinin üzvüdür.
Qeyd edək ki, Demiral cari mövsüm A seriyasında 6 oyun keçirib.