22:43 04-01-2021
news_image
153
FUTBOL

Qapıçısına əvəzedici tapdı - “Arsenal”

İngiltərənin “Arsenal” klubu yeni qapıçı transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Kuins Park Reyncers”in futbolçusu Timoti Dyenqi heyətinə qatmaq istəyir.

“Lids” və “Kristal Pelas”ın da maraq dairəsində olan 26 yaşlı qolkiper “topçular”ın heyətində ehtiyat qapıçı funksiyasını yerinə yetirməlidir. Bernd Lenoya əvəzedici axtaran londonlular Dyenqi uyğun variant sayır.