09:23 05-01-2021
news_image
337
FUTBOL

“Kayserispor”a gəlir - Petresku

Türkiyənin “Kayserispor” klubunun baş məşqçi postuna namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqadakı uğursuzluqlardan sonra Samet Aybaba ilə yollarını ayıran Kayseri təmsilçisi Dan Petresku ilə danışıqlara başlayıb.

Rumıniyalı mütəxəssislə ilk görüş baş tutub. Onun yaxın günlərdə Türkiyəyə gələcəyi gözlənilir.

Onu kayserililərə həmyerlisi Marius Şumidisanın məsləhət gördüyü iddia olunur. “Qaziantep”də çalışan mütəxəssis Çin və Rusiyada çalışmış Petreskunun son klubu “Kluj” olub.