Almaniyanın “Mayns” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisini Bo Svensson çalışdıracaq.
41 yaşlı danimarkalı son ilyarımda Avstriyanın ikinci liqa təmsilçisi “Liferinq”ə rəhbərlik edib. 2007-14-cü illərdə “Mayns”da müdafiəçi kimi oynamış Svensson 122 matç keçirib. O, 2014-19-cu illərdə klubun U-17 və U-19 komandalarını da çalışdırıb.
Qeyd edək ki, 14 turdan sonra “Mayns” Bundesliqada 17-ci pillədə qərarlaşıb.