
00:44
İtaliyanın “İnter” klubu sabiq futbolçusu Ederi heyətinə qaytarır.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi 34 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Milanlılar artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb. Ederin şərəfini qoruduğu “Szyansu Sunin” klubu da onun gedişinə razılıq verib. Çünki illik qazancı 5 milyon avro təşkil edən futbolçunun maaşı Çin çempionatındakı limiti aşır. Bu limit 3 milyona bərabərdir.