11:43 05-01-2021
news_image
361
FUTBOL

Mövsümə zəif başlamalarının səbəbini açıqladı – De Bruyne

İngiltərənin “Mançester Siti” kubunun yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün əvvəllərini zəif keçirmələrinin səbəbini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, belçikalı ulduz futbolçu bunu komandanın tam hazır olmaması ilə əlaqələndirib.

De Bruyne artıq daha yaxşı formada olduqlarını söyləyib: “Mövsümün əvvəlində çox çətinlik çəkdik, zədələr aldıq, mövsümöncəsi hazırlıq keçə bilmədik. Psixoloji və fiziki cəhətdən yeni mövsümə hazır deyildik. Son ayda bir neçə oyunçu zədələrini sağaltdı, səviyyəmizi yüksəltdik, qələbələr qazanaraq, turnir cədvəlində irəlilədik. Yanvarda bütün yarışlarda daha 8 oyunumuz var. Çətin olacaq, ancaq düşünürəm ki, döyüşə hazırıq”.

Qeyd edək ki, “Mançester Siti” 15 turun nəticələrinə əsasən, 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.