13:03 05-01-2021
news_image
275
FUTBOL

Müdafiəçisini göndərdi – “Arsenal”

İngiltərənin “Arsenal” klubunun futbolçusu Vilyam Salib karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Nitsa”ya icarəyə verilib.

19 yaşlı müdafiəçi mövsümün sonunadək Liqa1 təmsilçisinin şərəfini qoruyacaq. Anlaşmada Salibin sonradan transfer olunması hüququnun nitsalılara verilməsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, 2019-cu ilin yayında “Sent-Etyenn”dən 30 milyon avroya transfer olunan futbolçu cari mövsüm meydana çıxmayıb.