13:29 05-01-2021
news_image
646
FUTBOL

“Azərbaycan millisindən ayrıldıqdan sonra...” – Nikola Yurçeviç

“Azərbaycan millisindən ayrıldıqdan sonra bəzi təkliflərim var idi. Ancaq koronavirus pandemiyası şəxsi həyatla yanaşı, karyeraya da mənfi təsir göstərdi”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiya mətbuatına açıqlama verən 55 yaşlı mütəxəssis ölkəsində ilin ən yaxşı futbolçusu adına İspaniya klubu “Real”da çıxış edən Luka Modriçi layiq görüb: “Xorvatiyada ilin futbolçusunu müəyyənləşdirmək çətin deyil. Luka Modriçin ildən-ilə necə yüksək səviyyədə çıxış etdiyini deməyə ehtiyac yoxdur. 35 yaşı olmasına baxmayaraq, hələ də yüksək motivasiya ilə oynayır. 2020-ci il də onun ili oldu. Həm “Real”ı, həm də millini arxasınca aparır. Xorvatiya yığmasını onsuz təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə millimizi çalışdırıb.