14:55 05-01-2021
news_image
250
FUTBOL

“Real”ın təklifini rədd etdi – yetirməsi

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Lukas Vaskes komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu yeni müqavilə məsələsində rəhbərliklə ortaq məxrəcə gələ bilmir.

“Kral klubu” maaşın 10 faiz endirilməsi şərtilə 30 yaşlı oyunçuya yeni 3 illik sözləşmə təklif edib. Lakin İspaniya millisinin üzvünün cavabı “yox” olub. Baş məşqçi Zinəddin Zidan yarımmüdafiəçinin xidmətində maraqlı olduğundan, rəhbərlik Vaskeslə yenə danışıq aparacaq.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Lukas Vaskes cari mövsüm La Liqanın 14 oyununda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.