15:29 05-01-2021
news_image
2398
FUTBOL

Hansı şərtlə futbolçusunu "Benfika"ya buraxacağını açıqladı – Rəşad Sadıqov

"Düşünürəm ki, o, 2-3 ildən sonra Azərbaycanın aparıcı müdafiəçilərindən birinə çevriləcək".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, bugünlərdə "Benfika"dan təklif alan Cəlal Hüseynov haqda danışıb. Gənc mütəxəssis məşhur Portuqaliya klubu tərəfindən baxışa çağırılan 18 yaşlı müdafiəçinin böyük potensial vəd etdiyini bildirib: "Dekabrın sonlarına yaxın "Benfika"dan Cəlalın iki həftəlik baxışa buraxılması ilə bağlı təklif aldıq. Yəqin ki, hamı mənim kimi istəyər ki, azərbaycanlı futbolçu belə bir klubdan təklif alsın. Hətta bu baxış olsa belə, bunu dəyərləndirmək hər bir azərbaycanlının borcudur deyə düşünürəm. Cəlal bizim üçün önəmli futbolçularımızdandır. Gələcəyə ümid bəslənən futbolçulardandır. Onun qarşısını almaq biz tərəfdən düzgün olmazdı. 3-4 gün iki klub arasında bəzi detallar danışıldı. Əgər bəyəniləcəyi təqdirdə, hansı müqavilə qüvvəyə minəcək. Ayın 3-dən Cəlal "Benfika"nın düşərgəsinə qoşulmalı idi. Yeganə problem o oldu ki, Cəlalın sənədinin vaxtı bitmişdi və dəyişməyə vermişdi. O da bayram günlərinə düşdüyü üçün pasport gecikdi və vizanın alınması gecikdi. Ayın 6-sı viza alınmalıdır”.

Gənc çalışdırıcının sözlərinə görə, viza alınacağı təqdirdə, Cəlal "Benfika"nın düşərgəsinə qoşulacaq: “Bu, yanvarın 16-sı Bakıya qayıtmaq şərtilə olacaq. Viza ilə bağlı problem yaransa, ola bilər, bu müddət dəyişdirilsin. Onun "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı soyuqqanlı çıxışı "Benfika"nın diqqətini cəlb edib. İnandığım, güvəndiyim potensiallı oyunçudur. Meydanı görməsi, oyunu "oxuması", özünə inamı, soyuqqanlılığı, komanda yoldaşlarını sığortalaması kimi keyfiyyətlərinin olması ilə seçilir. Çox müsbət keyfiyyətlər cəmlənib bu futbolçuda. İnanıram ki, yaxın gələcəkdə ölkəmizin aparıcı futbolçularından birinə çevriləcək. "Benfika" onu bəyənərsə, nə addım atacağıq? Əlbəttə, getməsinə razıyıq. Əgər bəyənilsə və şərtlər razılaşdırılsa, yəqin ki, yanvarın 21-dəki – növbəti turdan sonra göndərəcəyik. Çünki bizdə mərkəz müdafiəçinin biri cəzalı durumdadır. Danışılıb ki, ən azı bu tur Bakıda olmalıdır. Ondan sonra buraxacağıq" (sportinfo.az).