15:56 05-01-2021
news_image
743
FUTBOL

“Keşlə” rəhbərliyinə tələb qoydu - Yunis Hüseynov

“Keşlə”də yeni məşqçi təyinatı reallaşa bilər.

Apasport.az saytının məlumatına görə, “Karvan”ın sabiq baş məşqçisi Zakir Mahmudovun Bakı klubuna gəlişi istisna olunmur.

Məsələ burasındadır ki, mövsümün ilk yarısındakı nəticələrdən məmnun qalmayan rəhbərlik baş məşqçi Yunis Hüseynovdan nəticə - konkret olaraq ilk “dördlüy”ə düşməyi tələb edib.

56 yaşlı mütəxəssisin isə bunun qarşılığında bir istəyi olub. O, məşqçi korpusunda dəyişiklik etmək və “Karvan”, “Standard”, “Xəzər Lənkəran”da köməkçisi olmuş Zakir Mahmudovu yenidən yanında görmək arzusunu dilə gətirib.

Qeyd edək ki, 13 turdan sonra “Keşlə” aktivində 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.