16:08 05-01-2021
news_image
264
FUTBOL

Milli komandadan imtina etdi – Spalletti

İtaliyalı mütəxəssis Luçano Spalletti Çili milli komandasını çalışdırmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisi 61 yaşlı çalışdırıcıya təklif göndərsə də, italiyalı karyerasını bərpa etmək istəməyib.

Buna səbəb onun “İnter”lə müqaviləsinin olmasıdır. Spalletti istefaya göndərildiyindən anlaşması başa çatana qədər ildə 5 milyon avro qazanır. 2021-ci ilin iyununa qədər anlaşması olan məşqçi yalnız bundan sonra çalışmaq fikrindədir.

Qeyd edək ki, Spalletti 2019-cu ilin mayında “İnter”dən ayrılıb.