16:43 05-01-2021
news_image
297
FUTBOL

30 min qazandı – oyuna avtobusla yollandı

İspaniyanın “Barselona” klubunun La Liqanın “Ueska” ilə səfər oyunundakı qazancı məlum olub.

Apasport.az saytının məlumatına görə, Ueskaya avtobusla yollanan Ronald Kumanın yetirmələri klub büdcəsinə 30 min avro xeyir verib.

Klub rəhbərliyinin belə addım atması iki şəhər arasında yolun təyyarə və avtobusla təxminən eyni vaxta qət olunması ilə bağlıdır. 30 min avronun qənaəti isə koronavirus pandemiyası ilə bağlı indiki iqtisadi vəziyyətdə klubun lehinə işləyib.

Qeyd edək ki, “Barselona” səfər qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlib.