17:53 05-01-2021
news_image
314
FUTBOL

Neymar ilin ən populyar futbolçusu oldu – Ronaldo ilə Messinin fərqi

2020-ci ildə “google”də ən çox axtarış verilən futbolçu PSJ-nin hücumçusu Neymar olub.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü ardıcıl ikinci ildir ki, adı ən çox yazılan oyunçudur.

Ötən ildə ay ərzində orta hesabla 482 min 636 dəfə Neymarla bağlı axtarış olub. “Yuventus”un portuqaliyalı superulduzu Kriştianu Ronaldo 325 min 909 izləmə ilə ən “google”nin ən populyar ikinci oyunçusu olub.

Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappe hər ay orta hesabla 147 955 dəfə axtarılmaqla altıncı yerdə qərarlaşıb. “Barselona”nın kapitanı Lionel Messidə isə bu göstərici 118 min 545 olub. Argentinalı 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə keçirdiyi 18 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə verib.