00:00 06-01-2021
news_image
182
FUTBOL

Messinin transferini dəyərləndirdi - Poçettino

Fransanın PSJ klubunun baş məşqçisi Maurisio Poçettino yeni təyinatı barədə danışıb.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis vaxtilə formasını geyindiyi Paris təmsilçisinə döndüyü üçün sevincli olduğunu bildirib.

49 yaşlı çalışdırıcı kollektivə uyğunlaşmağa çalışdığını vurğulayıb: “Şaxta baba artıq əla bir iş gördü, mənə PSJ-yə qayıtmaq imkanı verdi. Bu fürsətdən istifadə edərək Nasser və Leonardoya təşəkkür edirəm. Bu klubun hansı tələblər irəli sürdüyünü və hansı hədəflər qoyduğunu bilirik. Komandaya cəmi bir-iki gün əvvəl gəlmişəm, indi uyğunlaşma və komandanı tanıma dönəmi keçirirəm”.

Poçettino İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messinin PSJ-yə mümkün transferi ilə bağlı sualı da cavablandırıb. O, həmyerlisinin keçidini istisna etməyib: “Neymarın Messi ilə birlikdə oynamaq istəyi? Bu sualı niyə verdiyinizi başa düşürəm. Bu transferlə bağlı danışmağa vaxtımız olacaq”.

Qeyd edək ki, Maurisio Poçettino bu postda istefaya göndərilən Tomas Tuxeli əvəzləyib.