23:21 05-01-2021
news_image
167
FUTBOL

Naninin qohumunu istəyir – “Barselona”

İngiltərənin “Lester” klubunun yarımmüdafiəçisi Sidney Tavares İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Barselona” gənc oyunçunun transferində maraqlıdır.

Klublar arasında bununla bağlı ilkin danışıq da olub. Anlaşmaya əsasən, 19 yaşlı orta sahə oyunçusu mövsümün sonunda yeni müqavilə imzalamağa razılıq verməsə, o zaman ilk olaraq məhz “Barselona”nın təklifi nəzərdən keçiriləcək. “Lester”in U-23 komandasında çıxış edən oyunçunun müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Sidney Tavares ötənlərin məşhur futbolçusu Naninin əmisi oğludur.