00:05 06-01-2021
news_image
266
FUTBOL

7 milyonla razılaşmadı – “Napoli”

Polşalı hücumçu Arkadiuş Milikin İspaniya klubu “Atletiko”ya transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, madridlilərin təklifi oyunçunun müqavilə ilə məxsus olduğu İtaliya “Napoli”sini qane etməyib.

“Atletiko” 27 yaşlı forvardın keçidi müqabilində 7 milyon avro təklif edib. Bununla razılaşmayan italyanlar 15 milyon avro qiymət oxuyublar. Üstəlik, “Napoli” rəhbərliyi bu məbləğin 10 milyonunu nağd istəyir.

İndi “Atletiko” Miliki mövsümün sonunda azad agent kimi havayı heyətinə qata bilər. Çünki onun “Napoli” ilə sözləşmə müddəti yaya qədərdir.