09:12 06-01-2021
news_image
249
FUTBOL

Rekorda şərik oldu - Mourinyo

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində “Brentford” üzərində 2:0 hesablı qələbə qazanan “Tottenhem” finala yüksəlib.

Apasport.az saytının məlumatına görə, London klubunun çalışdırıcısı Joze Mourinyo bu matçda rekord təkrarlayıb.

O, üç fərqli klubu İngiltərə Liqa Kubokunun finalına daşıyan 3-cü mütəxəssis kimi tarixə düşüb. Portuqaliyalı bundan əvvəl “Mançester Yunayted” və “Çelsi” ilə də eyni uğura imza atıb. Mourinyo bununla Ron Atkinson (“Mançester Yunayted”, “Şeffild Uensdi”, “Aston Villa”) və Ron Sondersin (“Norviç”, “Mançester Siti”, “Aston Villa”) göstəricisini təkrarlayıb.

Qeyd edək ki, digər yarımfinal cütündə bu gün “Mançester Siti” ilə “Mançester Yunayted” qarşılaşacaq.