
02:33
“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov Dağıstanın yetişdirdiyi ən bahalı futbolçular sırasındadır.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 30 yaşlı oyunçu transfer dəyəri ən yüksək olan ikinci dağıstanlıdır.
Onun qiyməti 1 milyon avroya bərabər göstərilib. Hüseynovu yalnız Rusiyanın “Krasnodar” klubunun hücumçusu Maqomed-Şapi Süleymanov qabaqlayır. 22 yaşlı forvardın transfer qiyməti 9 milyon avroya bərabərdir. Siyahıda üçüncü yerdə qərarlaşan Sərdar Sərdarov (“Mezekeveşd”, Macarıstan) və Əli Hacıbəyovun (“Çayka”, Rusiya) qiyməti 400 min avrodur.
Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən “Qarabağ”ın formasını geyinir. O, 2011-ci ilin yayında “Sumqayıt”a “Anji”nin ikinci komandasından keçib.