10:41 06-01-2021
news_image
236
FUTBOL

“Mançester Yunayted”ə lazım olmadı - İqalo

İngiltərənin “Mançester Yunayted” klubu Odion İqalo ilə vidalaşacaq.

Apasport.az saytının məlumatına görə, icarə müddəti yanvarın 31-də başa çatacaq nigeriyalı Premyer Liqa təmsilçisində meydana çıxmayacaq.

Müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsus olan forvard karyerasını digər Asiya ölkələrində davam etdirə bilər. O, Qətər və Səudiyyə Ərəbistanından aldığı təklifləri nəzərdən keçirir.

İqalonun Mançester təmsilçisindəki durumu Edinson Kavaninin transferindən sonra korlanıb. Daha çox uruqvaylıya güvənən ingiltərəlilər Odionun xidmətindən imtina edib.

Qeyd edək ki, forvard cari mövsümdə cəmi 4 dəfə meydana çıxıb.