11:09 06-01-2021
news_image
413
FUTBOL

“Mənim üçün ən yaxşısı odur” – “Zirə”nin kapitanı

Apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusu davam edir.

Bu dəfə “Zirə” klubunun kapitanı Ağabala Ramazanov ən yaxşı hesab etdiyi oyunçunun adını açıqlayıb.

28 yaşlı forvard suala cavabında tərəddüd etmədən komanda yoldaşı olan yarımmüdafiəçi Elvin Camalovun adını çəkib. Ramazanov bunu millimizin üzvünün yüksəlişdə olması ilə əlaqələndirib: “Elvin “Zirə”də keçirdiyi uğurlu oyunlara görə milli komandaya da dəvət alır və orada da yaxşı çıxış edir. Bu səbəbdən Camalovun adını çəkərdim. Mənim üçün ən yaxşısı odur”.

Qeyd edək ki, buna qədər “Keşlə”nin kapitanı Tərlan Quliyev də ilin ən yaxşı futbolçusu kimi Elvin Camalovu seçib.