11:15 06-01-2021
news_image
269
FUTBOL

“Səbail”də legionerlərin taleyi ilə bağlı qərarını verdi - Aftandil Hacıyev

Qış fasiləsi yaranan kimi 4 futbolçu ilə yollarını ayıran “Səbail” əcnəbi oyunçularını komandada saxlayacaq.

Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Aftandil Hacıyev deyib.

41 yaşlı mütəxəssis komandadakı əcnəbilərdən yalnız iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin durumunun qeyri-müəyyən olduğunu söyləyib: “Bəxtiyarla söhbətimiz olub. Ona öz şərtlərimizi irəli sürmüşük və cavabını gözləyirik. Şərtlərdə razılıq əldə olunarsa, Bəxtiyar da komandada qalacaq. Digər əcnəbilərin isə heç biri mövsümün sonuna qədər ayrılmayacaq”.

Qeyd edək ki, “Səbail” Arsen Ağcabəyov, Orxan Qurbanlı, Əli Sadıxov və Murad Qayalı ilə vidalaşıb.