11:28 06-01-2021
news_image
316
FUTBOL

“Yuventus” geri qaytarır – Pelleqrinini

İtaliyanın “Yuventus” klubu müdafiə xəttini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “Cenoa”ya icarəyə verdiyi Luka Pelleqrinini geri qaytarmağa qərar verib.

21 yaşlı sol cinah müdafiəçisi “Kalyari”yə transfer olunacaq Canluici Frabottanı əvəzləməlidir. Bu üzdən də 2020-ci ilin sentyabrında Genuya təmsilçisinə keçən Pelleqrini “ağ-qaralar”a lazım gəlib.