12:06 06-01-2021
news_image
551
DİGƏR NÖVLƏR

Dünya Kubokuna ev sahibliyi edəcək - Bakı

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Bakı və Qəbələ dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibi olub.