13:33 06-01-2021
news_image
279
FUTBOL

Futbolçusunu icarəyə verdi – “Barselona”

“Barselona” yarımmüdafiəçisi Karles Alena ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın da maraq dairəsində olan 23 yaşlı futbolçu İspaniyada qalmağı üstün tutub.

Kataloniya təmsilçisi onu La Liqanın digər klubu “Xetafe”yə icarəyə verib. Klublar arasında artıq razılıq əldə olunub və yalnız bunun rəsmiləşməyi qalıb. Alena mövsümün sonuna qədər icarə əsasında “Xetafe”nin formasını geyinəcək. Ancaq Madrid təmsilçisi onu yayda birbaşa transfer etmək hüququna malik olmayacaq.

Qeyd edək ki, Karles Alena cari mövsüm La Liqada 2 oyun keçirib.