13:52 06-01-2021
news_image
752
FUTBOL

“Neftçi”yə görə peşman deyil – Sabir Buqrin

“Neftçi”nin futbolçusu Sabir Buqrinin ilk klubu “Lyers”ə qayıtmaq variantı yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Lyers” 25 yaşlı orta sahə oyunçusunu heyətinə cəlb etmək fikrini dəyişməyib. Antverpen vilayətində yerləşən komanda hələ ötən ilin yayında Mərakeş əsilli oyunçunu almağa çalışıb. Lakin Buqrin həmin vaxt “Neftçi”yə keçməyi üstün tutub.

O da vurğulanıb ki, futbolçu bu qərarına görə peşman deyil, hazırda yalnız “Neftçi” ilə çempionluq titulu uğrunda mübarizəyə köklənib.

Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında “Düdelanj”dan keçən Sabir Buqrin 2015-2018-ci illərdə “Lyers”in formasını geyinib.