
15:02
İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Denni Drinkuoter karyerasını Türkiyədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı orta sahə oyunçusu “Kasımpaşa”ya keçib.
Super Liqa təmsilçisi İngiltərə milisinin sabiq üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. Drinkuoter yeni komandası ilə müqavilə bağlamaq üçün tezliklə İstanbula yollanacaq.
Qeyd edək ki, Denni Drinkuoter “Çelsi”yə 2017-ci ildə “Lester”dən keçib.