14:44 06-01-2021
news_image
462
FUTBOL

“Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq – Məsut Özil

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil “Fənərbaxça”nın formasını geyinməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

DHA-nın məlumatına əsasən, “sarı-lacivərdlilər” uzun müddətdir israrla heyətinə qatmağa çalışdığı Almaniya millisinin sabiq üzvü ilə ortaq məxrəcə gəlib. İddiaya görə, Özil İstanbul təmsilçisi ilə 3,5 illik müqavilə imzalamağa razılıq verib.

“Arsenal” da müqavilə müddəti mövsümün sonuna qədər olan oyunçusunu yola salmaqda maraqlıdır. Hətta “topçular”ın son 6 aylıq maaşın yarısını qarşılamağa hazır olduğu da vurğulanıb. O da əlavə olunub ki, bu transferdə “Fənərbaxça” azarkeşi olması ilə tanınan iş adamı Acun İlıcalı böyük rol oynayıb.

Qeyd edək ki, Məsut Özil ABŞ-ın “DS Yunayted” klubunun da diqqət mərkəzindədir.