16:16 06-01-2021
news_image
387
FUTBOL

Qəzaya düşdü – sabiq “Qalatasaray”lı

Türkiyənin “Qalatasaray” klubunun keçmiş qapıçısı Morqan De Sanktis bədbəxt hadisə ilə üzləşib.

Apasport.az saytının məlumartına görə, 44 yaşlı sabiq qolkiper avtomobil qəzası keçirib.

2008/09 mövsümündə icarə əsasında “cim-bom”un çərçivəsini qoruyan De Sanktis hadisədən dərhal sonra xəstəxanaya çatdırılıb. İtaliya millisinin də formasını geyinmiş gənc mütəxəssis hazırda reanimasiyadadır.

Qeyd edək ki, Morqan De Sanktis karyerası ərzində “Peskara”, “Yuventus”, “Udineze”, “Sevilya”, “Qalatasaray”, “Napoli”, “Roma” və “Monako” klublarının şərəfini qoruyub.