16:22 06-01-2021
news_image
582
FUTBOL

Keçidi rəsmiləşdi - “Keşlə”yə

“Keşlə” növbəti transferini rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, Bakı klubu rəsmi saytı vasitəsilə Nicat Qurbanovun keçidini bəyan edib.

Gürcüstanın “Samtrediya” klubundan ayrılan 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib. Anlaşmaya əsasən, sabiq “Neftçi”li ilin sonuna qədər “Keşlə”nin formasını geyinəcək.

Qurbanov buna qədər ölkə daxilində “Simurq”, “Neftçi”, AZAL, “Zirə”, “Kəpəz” və “Sumqayıt”da çıxış edib.

Qeyd edək ki, Nicat Qurbanov “Keşlə”nin ikinci rəsmi keçididir. Bakılılar ondan əvvəl Moldova “Şerif”indən Anatole Abanqın transferini açıqlamışdılar. Estoniya təmsilçisi “Narva Trans”dan gələn Sadio Tounkara komandanın düşərgəsində olsa da, onunla bağlı rəsmi məlumat verilməyib.