16:54 06-01-2021
news_image
361
FUTBOL

İki futbolçusu koronavirusa yoluxdu – “Milan”ın

İtaliyanın “Milan” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, hücumçu Ante Rebiç və yarımmüdafiəçi Rade Kruniçin testi müsbət nəticələnib.

Hər iki oyunçu A seriyasının XVI turunun “Yuventus”la bugünkü görüşündə iştirak etməyəcək. Heç bir simptomu olmayan futbolçular evdə təcrid olunub. Rebiç və Kruniç bu gün təkrar test verəcək. Digər oyunçuların təkrar testi mənfi nəticə verib.

Qeyd edək ki, “Milan”la “Yuventus” arasında oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.