16:55 06-01-2021
news_image
288
FUTBOL

Avropa nəhəngləri yarışır – Demiral uğrunda

İtaliyanın “Yuventus” klubunun futbolçusu Merih Demiral tezliklə komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçi Avropanın iki nəhəng klubunun maraq dairəsinə düşüb.

Mərkəz müdafiəçisi axtarışında olan “Liverpul” və “Barselona” Türkiyə millisinin üzvü uğrunda mübarizə aparır. Ancaq bu yarışda ingilislər daha şanslı görünür. Çünki İspaniya təmsilçisi transfer müqabilində yüksək məbləğ ödəmək fikrindən uzaqdır. Əvəzində Premyer Liqa çempionu Merihin keçidi üçün 45 milyon funt-sterlinq təklif etmək qərarına gəlib.

Qeyd edək ki, Merih Demiral özü də oyun praktikası qazanmaq üçün “Yuventus”da ayrılmaq niyyətindədir.