17:36 06-01-2021
news_image
1070
FUTBOL

Özünü Azərbaycan klubuna təklif etdi - Reynaldo

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva Gürcüstanın “Dinamo” klubu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, Batumi təmsilçisi ilə müqavilə müddəti yanvarın 1-də başa çatan və yeni sözləşmə imzalamayan braziliyalı forvard karyerasını yenidən Azərbaycanda davam etdirmək arzusundadır.

Hazırda azad agent statusu daşıyan 32 yaşlı “sambaçı” bununla bağlı ilk addımını da atıb. O, uzun illər “Qarabağ”da çiyin-çiyinə çıxış etdiyi Riçard Almeyda vasitəsilə öz xidmətini “Zirə”yə təklif edib. Reynaldo hətta daha aşağı məbləğdə maaşa da oynamağa razıdır. Ancaq bakılılar onunla bağlı hələlik konkret qərarını verməyib.

Qeyd edək ki, Reynaldo Silva 2013-2017 və 2019-cu illərdə “Qarabağ”ın formasını geyinib.