17:59 06-01-2021
news_image
136
FUTBOL

Kasimiro karyerasını bitirdi – xərçəng xəstəliyinə görə

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Dioqo Kasimiro karyerasını bitirib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Gənc oyunçunun 22 yaşında futboldan getməsinə səbəb onun ağır xəstəliyə düçar olmasıdır. Onkoloji xəstəlik olan linfa xərçəngi diaqnozu qoyulan Kasimiro bu addımı atmağa məcbur olub. Klub oyunçuya hər cür dəstəyi nümayiş etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, “Porto”nun yetirməsi olan Dioqo Kasimiro 2018-ci ildə “Braqa”nın ikinci komandasına keçib.